Bakı metropoliteni dövlət vəsaitinə qənaət etmək niyyətindədir

13:32 - 8.11.2017


8 noyabr, Fineko/abc.az. “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti öz texniki imkanlarının genişləndirilməsi, əsasən də, qatarların texniki xidməti üzrə  tədbirlər görür.

Bakı metropoliteninin 50 illiyinə həsr olunmuş tədbirdə QSC-nin rəhbəri Zaur Hüseynov bildirdi ki, əvvəllər Bakı metrosu qatarlarının təmiri əsasən ölkə xaricində, xüsusilə, Tbilisidə həyata keçirilirdi.

“Artıq qatarların təmiri, bütün lazımi şərait yaradılmış Nərimanov deposunda həyata keçiriləcək. Bunun nəticəsində xərclər əhəmiyyətli dərəcədə azalacaq, həmçinin dövlət vəsaitinə xeyli qənaət olunacaq”, - deyə  Z.Hüseynov bildirdi.

Onun sözlərinə görə, 2014-cü ildə 520 vaqon, 2015-ci ildə 212 vaqon, 2016-cı ildə isə  152 vaqon təmir edilmişdir.

 

Вся лента