2019-cu ilin ikinci yarısında “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusu qazılacaq

16:50 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2019-cu ilin ikinci yarısında Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılacağını qeyd edib.

“Sonrakı mərhələdə “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da kəşfiyyat işləri aparılacaq”, - deyə SOCAR-ın prezidenti əlavə edib.

Qeyd edək ki, “Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

Вся лента