AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:01 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatına görə, sentyabrın 19-da AMB hərracda 50101570S nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətinə notlar təklif etmişdir.

15 investordan 426 145,7 min manat məbləğində 27 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manatdan (gəlirlilik 8,01%)  təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də eyni səviyyədə müəyyən edilmişdir.

Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 17 oktyabr 2018-ci il.

 

Вся лента