Rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

17:45 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.Həmin yerlərin siyahısı ilə mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.

Müsabiqəyə qatılmaq istəyən namizədlər sentyabrın 20-si və 21-i saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini gətirməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Вся лента