Azərbaycan neftinin qiyməti bir barelə 80,69 dollar təşkil edir

10:18 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,03 dollar (0,04%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,69 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti çərşənbə günü, 19 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,27 dollar (1,8%) artmış və  bir barelə 71,12 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 19 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,37 dollar (0,5%)  artmış və bir barelə 79,40 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 8,28 dollar / barelə təşkil edir.

 

Вся лента