Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

10:53 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. 23 sentyabr tarixində Əlcəzairdə keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. İclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək.  Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Вся лента