12:53 - 20.09.2018
20 sentyabr, Fineko/abc.az. “LUKOYL-Azərbaycan” ölkədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırır. Bakıda “LUKOYL” brendi altında 58-ci yanacaqdoldurma məntəqəsi açılıb.
“LUKOYL-Azərbaycan” QSC-nin direktoru Eduard Muhametovun sözlərinə görə, “LUKOYL” məntəqələrindən hər gün 80 mindən çox azərbaycanlı sürücü istifadə edir:
“Bu, yüksəkrəqabətli bazardır və bizim üçün hər bir müştəri vacibdir. Ona görə də “LUKOYL-Azərbaycan” məntəqələrdəki yanacağın keyfiyyətini daim nəzarətdə saxlayır, xidmətlərin keyfiyyətini yüksəldir və vaxtlı-vaxtında avadanlığın müasirləşdirilməsini həyata keçirir”.
E.Muhametov qeyd edib ki, hər bir müştəri istənilən YDM-də buraxılan yanacağın həcmini xüsusi avadanlıq vasitəsilə yoxlaya bilər. Xidmətin keyfiyyəti ilə bağlı hər hansı bir sual yaranarsa 24 saat qaynar xəttə müraciət etmək olar:
“Bu ilin əvvəlindən biz 125 müraciət almışıq. 113 halda YDM-də pozuntu aşkar edilməyib ki, müştərilərimiz də bununla razılaşıb. Amma 12 müraciət YDM-lərin 5 əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas verib. Daha 7 əməkdaşı isə işdən azad etməli olmuşuq. LUKOYL daim YDM-lərdə xidmət keyfiyyətini təkmilləşdirir”.
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024