Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb

14:30 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İbrahim Əhməd Öməri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Вся лента