Bakı metrosunda yeni nəsil Rusiya vaqonları işə salınacaq

15:55 - 8.11.2017


8 noyabr, Fineko/abc.az. “Bakı metropoliteni” QSC-i, Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə yeni qatarların tədarükü haqqında müqavilə bağlayacaq.

“Bakmetropoliten”in  baş mühəndisi Əlixan Osmanov bildirdi ki, Bakı metrosu artıq 15 vaqon satın alıb.

“Biz həmçinin “Metrovaqonmaş”dan  bütün lazımi texnologiyalarla, o cümlədən, havalandırma sistemi və kondisionerlərlə təchiz olunmuş 765 seriyalı yeni nəsil müasir vaqonları satın almağı planlaşdırırıq”, - deyə A.Osmanov bildirdi.

 

Вся лента