“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

10:00 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Ölkənin ən gənc mobil operatoru olan“Nar”yüksək keyfiyyətli 4G şəbəkəsinibölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti regionİsmayıllı oldu. Bununla da İsmayıllıda 2G, 3G, 4G baza stansiyalarının ümumi sayı 68-ə çatdı. Nəticədə İsmayıllı sakinlərikeyfiyyətli və yüksəksürətli mobil rabitə xidmətləri ilə təmin edilir.

Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirirvə ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir.Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 37bölgə“Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Hazırda ölkə ərazisində 1326 sayda 4G, 2645 sayda isə 3G baza stansiyaları fəaliyyətdədir. Bununla da “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 


Вся лента