Bakıətrafı qəsəbələrdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

18:50 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 21 sentyabr 2018-ci il tarixində gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Вся лента