Rusiya senatoru Tibb Universitetində qonaq olub

14:10 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Rusiya Federasiya Şurasının üzvü, tibb elmləri namizədi, Həştərxan Vilayət Dumasının üzvü Aleksandr Başkin Azərbaycan Tibb Universitetində qonaq olub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü zamanı senator, Həştərxan Dövlət Tibb Universieti haqda geniş məlumat verib. Bildirilib ki, hazırda universitetdə 6000 tələbə təhsil alır ki, onların da 2 mini xarici ölkələrdən gələnlərdir. Həştərxan Dövlət Tibb Universitetinin 46 ölkədən tələbələri arasında Azərbaycandan gənclər də var.

Dumanın səhiyyə və sosial inkişaf komitəsinin üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin möhkəmlənməsinə ehtiyac olduğunu da vurğulayıb və ATU nümayəndə heyətini Həştərxana dəvət edib.

Görüşdə iki universitet arasında əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlığa dair sazişin imzalanması təklifi irəli sürülüb. Sazişdə ATU-nun Həştərxan Dövlət Tibb Universiteti ilə bir çox sahələrdə birgə fəaliyyəti, birgə tədbirlərin təşkili, müəllim və tələbə mübadiləsi və s. Bu kimi əməkdaşlıq əlaqələri qurmağa imkan yaradacaq. G.Gəraybəyli də ATU-da aparılan və planlaşdırılan islahatlar haqqında rusiyalı qonaqlara məlumat verib.

Вся лента