Maliyyə Nazirliyi 15 milyon manat məbləğində DQİ yerləşdirəcək

15:55 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, hərrac çərşənbə axşamı günü, sentyabrın 25-də keçiriləcək.

“DQİ emissiyasının həcmi, istiqrazların hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gündür. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Вся лента