Asiya və Afrika ölkələri Azərbaycan silahlarının əsas alıcılarıdır

16:24 - 24.09.2018


24 sentyabr, Fineko/abc.az. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi silah ixracını genişləndirir.

Müdafiə nazirinin müavini Yəhya Musayev bildirib ki, əsasən atıcılıq silahının satışı artmışdır.

“Azərbaycan silahlarının əsas alıcıları Asiya, Afrika və Yaxın Şərq ölkələridir”, - Y.Musayev bunu deyib.

Sentyabrın 25-27-də Bakıda "ADEX-2018" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək. Sərgidə 29 ölkəni təmsil edən 224 şirkət iştirak edəcək.

 

Вся лента