“Şahdağ” MDB-də dağ-xizək kurortlarının ilk üçlüyünə daxil oldu

10:37 - 25.09.2018


25 sentyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018/19 qışında Rusiya turistləri arasında dağ-xizək istirahəti üçün  qonşu və MDB ölkələrinin ən populyar kurortlarının reytinqini təqdim etdi.

Agentliyin məlumatında deyilir ki, Azərbaycanın “Şahdağ”ı, Rusiyalılar arasında dağ-xizək turlarının populyarlığı üzrə MDB ölkələrinin ilk üçlüyündədir. Kurortların ilk onluğunda həmçinin “Tufandağ” turizm mərkəzi yer alıb.

“Çimbulaq (Qazaxıstan), Quduari (Gürcüstan), Şaxdağ (Azərbaycan), Siliçi (Belarus), Tsaxkadzor (Ermənistan), Çimqan (Özbəkistan), Qaragöl (Qırğızıstan), Loqoysk (Belarus), Tufandağ (Azərbaycan) və Altay Alpı (Qazaxıstan) dağ-xizək istirahəti və Rusiyalı turistlər arasında populyar olan snoubordinq üzrə MDB ölkələrinin ən yaxşı qış kurortlarının  ilk onluğuna daxildir”, - məlumatda belə deyilir.

“TurStat”-ın məlumatına görə, Azərbaycanın dağ-xizək kurortlarında qış istirahəti orta hesabla  7 gün müddətinə planlaşdırır.

Azərbaycan kurortlarında turizm büdcəsi gündə 100 dollar təşkil edəcək.

Туристический бюджет на азербайджанских курортах составит $100 в сутки. Qış istirahəti Belarusun Siliçi və Loqoysk kurortlarında ucuz başa gələcək. 

Reytinq 2018/2019-cu il qış mövsümünə turizm səfərlərinin təhlili nəticəsində tərtib edilib.

 

Вся лента