“AXA MBASK” sığorta şirkəti yeni “Qayğikeş sahibkar” məhsulu buraxıb

10:39 - 25.09.2018


25 sentyabr, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti AXA MBASK kiçik və orta müəssisələr üçün nəzərdə tutulan " Qayğikeş sahibkar " adlı yeni məhsul hazırlayıb.

Şirkətin məlumatında deyildiyi kimi, məhsulun əsas üstünlükləri optimal tibbi xidmətlərin seçimi, sadə və aydın təklif, cəlbedici qiymətdir.

“Məhsula həm ambulator, həm də stasionar yardım - yəni şirkət əməkdaşlarının korporativ könüllü tibbi sığorta (KTS) sahəsində ən çox istifadə etdiyi seçimlər daxildir. Məhsulun əsasını funksionallıq, rahatlıq, keyfiyyət və əlverişlilik təşkil edir”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, korporativ könüllü tibbi sığorta bazarı şahadətnamələrin bahalığı səbəbindən kiçik və isçi sayı az şirkətlər üçün məhduddur. Lakin ölkənin iqtisadi inkişaf planına uyğun olaraq bu şirkətlərin sayı hər gün artmaqdadır. Məhz belə şirkətlərin iş prossesini stabil saxlamaq məqsədi ilə, AXA MBASK mütəxəssisləri unikal xüsusiyyətləri olan, kiçik və orta bizneslə könüllü tibbi sığorta proqramı çərçivəsində fəal şəkildə işləməyə imkan verən, müştərilərə keyfiyyətli xidmət göstərən məhsul işləyib hazırlayıblar.

“Yeni məhsulun qiyməti hər əməkdaş üçün aylıq 15 AZN təşkil edəcək. Müqavilə  ilkin tibbi müayinə olmadan bağlanır və şahədətnamə ödənildiyi andan qüvvəyə minir. Şahədətnamə bütün ölkə ərazisində etibarlıdır”, - məlumatda belə deyilir.

Məhsul barədə daha ətraflı məlumat şirkətin saytında təqdim edilib: www.axambask.az

"Qayğıkeş sahibkar" kiçik və orta biznes nümayəndələrinə keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi proqramı çərçivəsində şirkətin ilk məhsuludur. Gələcəkdə bu seqment üçün digər yeni sığorta məhsullarının da buraxılması planlaşdırılır.

 

Вся лента