Azərbaycan Beynəlxalq Bankının IBAm və IBAnking xidmətlərinə yeni funksiyalar əlavə olundu

11:53 - 25.09.2018


25 sentyabr, Fineko/abc.az. İnnovativ bank olaraq rəqəmsal bankçılıq platformalarını daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsi və IBAnking internet bankçılıq sistemi istifadəçilərinə yeni imkanlar yaradıb. Müştərilər bu sistemə əlavə edilmiş  funksiya və xidmətlərdən faydalana bilərlər.

Belə ki, indi IBAm və IBAnking vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq olar. Bundan başqa, adıçəkilən sistemlərə şifrənin dəyişdirilməsi funksiyası da əlavə olunub və ən əsası tətbiq olunan yeni şifrə siyasətinə əsasən şifrənin təyin olunması ilə bağlı bəzi simvol məhdudiyyətləri aradan götürülüb.

IBAm və IBAnking istifadəçiləri bütün bunlardan əlavə aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

•      Hesablar barədə məlumatın əldə edilməsi;

•      Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

•      Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

•      Kartların bloklaşdırılması və blokdan çıxarılması;

•      “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

•      Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

•      Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

•      Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

•      Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

•      Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm və IBAnking sistemlərinə qoşulma, onlardan istifadə tamamilə pulsuzdur.

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Məlumat üçün bildirək ki, bu hələ son deyil. Belə ki, Bank sözügedən xidmətlərin istifadəçilərini yeni funksiyalarla daha da sevindirməkdə davam edəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Вся лента