Azərbaycan neftinin qiyməti bir barelə 83,56 dollar təşkil edir

10:37 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,35 dollar (1,64%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 83,56 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  çərşənbə axşamı günü, 25 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,20 dollar (0,3%) yüksələrək  bir barelə 72,27 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 25 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,67 dollar (0,8%) yüksələrək bir barelə 81,87 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,60  dollar / barelə təşkil edir.

 

Вся лента