Bu gün AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

11:52 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 26 sentyabr tarixində 50101670S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 200 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Вся лента