Müşfiq Məmmədov: "Son iki ildə Azərbaycan banklarına bir neçə xaker hücumu olub"

14:50 - 10.11.2017


Son iki ildə Azərbaycanda bir neçə banka xaker hücumu olub. Bunu açıqlamasında “Kaspersky Lab” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov deyib.

O bildirib ki, bu hücumların qarşısı alınıb və banklara bu hücumların qarşısının alınması üçün məsləhətlər verilib: “Əsas məsələ bu sahədə işçilərin, bank əməkdaşlarının bu sahədə bilik səviyyəsinin artırılmasıdır.

O bildirib ki, bütün dünya üzrə xaker hücumları eyni xarakter daşıyır: “ Əvvəlcə internetdə, sosial şəbəkələrdə bankın işçiləri haqqında, sistem administratoru haqqında məlumatlar toplanılır. Səlahiyyətli əməkdaşın məlumatlarının oğurlanması üçün mail göndərilə bilər və bu maildəki hər hansı linkə keçid kifayət edir ki, xüsusi proqram kompyutürə yüklənsin. Bundan sonra xakerlər istədikləri əməliyyatı həyata keçirə bilirlər”.

M.Məmmədov Azərbaycanda xaker hücumu olan bankların adını açıqlamasa da, “Dəmirbank”la bununla  bağlı əməkdaşlıq edildiyini deyib.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında “Dəmirbank”a xaker hücumu olmuşdu. Bankdan 3 milyon dolların oğurlandığı barədə məlumatlar yayılsa da, “Dəmirbank” müştərilərinin hesabına müdaxilə olunmadığını bildirmişdi.

 

Вся лента