Azərbaycanla İsveçrə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın VIII iclası 2019-cu ildə keçiriləcək

16:19 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İsveçrə  səfiri Filip Ştalderi qəbul edib.

ASK-in məlumatında deyilir ki, görüş zamanı səfir bildirib ki, 2019-cu ilin yanvar ayında Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclası keçiriləcək.

“İclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir”, -  F.Ştalder belə deyib.

Konfederasiyanın prezidenti öz növbəsində səfirə ölkədə yaradılan investisiya şəraiti barədə məlumat verib və İsveçrənin sahibkarlarını həmin şəraitdən istifadə etməyə dəvət edib.

“İsviçrə sahibkarları Azərbaycana gələrək, yeni, yalnız yerli deyil, həmçinin də Rusiyanın, Qazaxıstanın, Özbəkistanın və digər ölkələrin bazarlarına çıxış üçün imkandan deyil, yerli bazarlara daxil olmaq imkanından yararlana bilərlər”, - M.Musayev belə deyib.

 

Вся лента