“Azəri Light” neftinin qiyməti bir barelə 82,92 dollar təşkil edir

10:44 - 27.09.2018


27 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,64 dollar (0,77%)  enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 82,92 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  çərşənbə günü, 26 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,30 dollar (0,42%) yüksələrək  bir barelə 72,57 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 26 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,53 dollar (0,65%) enərək bir barelə 81,34 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 8,77dollar / barelə təşkil edir.

 

Вся лента