KPMG Azərbaycan BMHS-ə Yeniliklər mövzusunda seminar keçirib

14:58 - 28.09.2018


28 sentyabr, Fineko/abc.az. 28 sentyabr tarixində KPMG Azərbaycan şirkəti FourSeasons otelində “BMHS-ə Yeniliklər” mövzusunda seminar təşkil edib. Seminarda70-dən artıq mütəxəssis, o cümlədən aparıcı şirkətlərin maliyyə və mühasibatlıq şöbələrinin nümayəndələri, habelə daxili audit xidmətlərinin əməkdaşları iştirak ediblər.

Tədbiri KPMG Azərbaycan şirkətində Baş Audit Meneceri Ziya Məmmədov giriş sözü ilə açıb. KPMG Rusiya və MDB ölkələrində Peşəkar İnkişaf Departamentinin Baş Meneceri Qriqory Uvarov BMHS-ə son dəyişikliklər mövzusunda çıxışı ilə seminarı davam etdirib. Qriqory 2018-ci ildə qüvvəyə minmiş yeni standartlar və düzəlişlər, habelə yaxın gələcəkdə qüvvəyə minəcəklər dəyişikliklər barədə ətraflı məlumat verib. O, öz təqdimatı zamanıBMHS 15 Müştərilərlə müqavilələrdən gəlirlər, BMHS 16 İcarələr və BMHS 9 Maliyyə alətləri kimi yeni standartların tətbiqi ilə bağlıtəcrübi nümunələri iştirakçılarla bölüşüb.

KPMG dünyanın 154 ölkəsində Audit, Məsləhət, Vergi və Hüquq xidmətləri göstərən və bütün dünya üzrə üzv şirkətlərdə 200,000 nəfərdən artıq əməkdaşın çalışdığı qlobal şirkətlər şəbəkəsidir.

KPMG 1998-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və hazırda təqribən 150 əməkdaşa malikdir.

Bizim məqsəd və hədəfimiz biliyimizi müştərilərimiz, əməkdaşlarımız və dünyanın kapital bazarları üçün faydaya çevirməkdir.

Вся лента