Azərbaycan yanvar-avqust aylarında 15,3 milyon dollar həcmində telekommunikasiya xidmətləri ixrac edib

16:22 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə telekommunikasiya xidmətləri ixrac edib.

İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin hesabatında deyildiyi kimi, göstərilən xidmətlərin gəlirləri ASC-nin bütün gəlirinin 15,3 milyon dollar və ya 86 faizini təşkil edib.

“2018-ci ilin avqust ayında “Azərkosmos” ASC  dünyanın 22 ölkəsinə 15,3 milyon dollarlıq telekommunikasiya xidmətləri ixrac edib. “Azərkosmos”un xidmətlərindən əsasən Fransa (7,8 milyon dollar), Malayziya (4,2 milyon dollar), BƏƏ (1 milyon dollar), Almaniya (600 min dollar) və Gürcüstan (400 min dollar) yararlanırlar.

 

Вся лента