Manat avroya qarşı möhkəmləndi, lirə və rubla qarşı isə ucuzlaşdı

02.10.2018,09:46


2 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın xarici valyutalara qarşı məzənnəsini elan edib.

AMB-in bildirdiyi kimi, oktyabrın 2-də  manatın məzənnəsi avroya nisbətən 1,9668 AZN (oktyabrın 1-də - 1, 971 AZN), dollara nisbətən - 1,70 AZN (oktyabrın 1-də - 1,70 AZN), rubla nisbətən - 0,0262 AZN (oktyabrın 1-də - 0,0259 AZN), lirəyə nisbətən isə - 0,2858 AZN (oktyabrın 1-də - 0,2816 AZN) səviyyəsində müəyyən edilib.