Azərbaycanda sahibkarlar üçün verilən güzəştli kreditlər üzrə dərəcələr 5%-ə qədər endiriləcək

13:50 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda sahibkarlığın güzəştli maliyyələşdirilməsi şərtlərinin daha sadələşdirilməsi elan edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, kreditlər sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu (SKMF) xətti ilə verilir. 

“Əvvəllər fond güzəştli kreditləri 7% dərəcə ilə verirdi, sonra  dərəcə 6 faizədək azaldıldı, hazırda faiz dərəcələri 5 faizədək azalacaq, bunların 1 faizi fonda, 4 faizi agent banklarına daxil olacaq”, - deyə S. Məmmədov bildirib. 

Onun sözlərinə görə, kreditlərin həcmi 3 il müddətinə 5 mindən 50 min manata qədər, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək, iri kreditlər isə 10 il müddətinə 1 milyondan  10 milyona qədər təşkil edəcək.

Вся лента