Azərbaycanda Böyük Kəsik dəmir yolunun 400 km hissəsi təmir olundu

10:34 - 13.11.2017


13 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.

QSC-nin məlumatında deyildiyi kimi, Dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmiri başlanıb.

“Həmin hissənin təmiri beş gün ərzində davam edəcək”, - məlumatda belə deyilir.

ADY QSC  ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında 14 aprel 2015-ci il tarixində Azərbaycan Respublikası Dəmir Yollarının rekonstruksiyası layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi haqqında ixrac müqaviləsinə əlavə  Saziş imzalanmışdır. Müqavilə,  Bakı-Böyük Kəsik dəmir yolunun 600 km hissənin maddi-texniki təchizatını və əsaslı təmirini nəzərdə tutur. Bu günə qədər ikinci mərhələ çərçivəsində dəmir yolunun 400 km sahəsi təmir olunub.

 

 

Вся лента