“Azəri Light” neftinin bir barelinin qiyməti 87,10 dollar təşkil edir

10:27 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,16 dollar (1,35%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 87,10 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  2 oktyabr   tarixində keçirilən ticarətin nəticəsində 0,07 dollar (0,09%) enərək  bir barelə 75,23 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 2 oktyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,18 dollar (0,21%) enərək  bir barelə 84,80 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,57 dollar təşkil edir.

 

Вся лента