Çexiyanın “Vodo Hospodarske Stavby A.S.” şirkəti Azərbaycana yük konteynerləri tədarük edəcək

11:29 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. Çexiyanın “Vodo Hospodarske Stavby A.S.” şirkəti  “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi tenderin qalibi oldu.

Tender komissiyasının məlumatına görə, “Vodo Hospodarske Stavby A.S.” şirkəti QSC-yə yük konteynerlərini tədarük edəcək.

“Vodo Hospodarske Stavby A.S.” ilə  “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqavilənin dəyəri 3,953 milyon dollar təşkil edir”, - deyə komissiyadan bildirildi.

 

Вся лента