“Abak-Az Crowe” Logistik proqram təminatı üzrə seminar keçirəcək

13:15 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. “Abak-Az Crowe” şirkəti Logistik proqram təminatı üzrə  seminar keçirəcək.

Şirkətin məlumatında deyilir ki, Seminarda növbəti İdarəetmə Aləti təqdim ediləcək. 

“Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların yaratdığı yeni çətinliklər, müasir innovativ texnologiyalar əsasında həll olunur. İlk növbədə,bura idarəetmə sahəsində yeni standartların təqdim olunması, xüsusən də logistika və müştəri xidməti, paylama sistemlərinin planlaşdırılması və optimallaşdırılması, ticarət agentlərinin idarə edilməsi, zəruri monitorinq və operativ uçot vasitəsilə  daxil olan sifariş və ehtiyatların daşınması və marşrutlaşdırılması aiddir.

Dünyanın çoxsaylı böyük şirkətləri bu kimi problemlərin həlli üçün məhz təqdim edəcəyimiz proqramlardan istifadə edirlər”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, təqdimat oktyabrın 8-də PARK-INN otelində, “Abak-Az Crowe” (Azərbaycan) və “Rasner” (İsrail) şirkətləri tərəfindən keçiriləcək.

“Abak-Az Crowe” şirkəti hamını seminarda iştirak etməyə dəvət edir. Seminarda iştirak ödənişsizdir. Seminara qatılmaq istəyənlər 012 4374126 və 012 4927856 nömrəli telefonlarla və ya email  [email protected] vasitəsilə əlaqə saxlayıb, qeydiyyatdan keçməlidirlər.

Bütün əlavə məlumatları aşağıdakı ünvanda tapa bilərsiniz:

https://www.facebook.com/groups/342371593170776

 

Вся лента