Bakıda hava şəraiti səbəbindən bal yarmarkasının açılışı təxirə salınıb

11:16 - 5.10.2018


5 oktyabr, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu günə təyin olunmuş Arıçılıq Məhsulları Yarmarkasının açılışını təxirə salıb.

Nazirliyin məlumatında deyilir  ki, yarmarka iştirakçıları  və vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə, yarmarkanın açılışı hava şəraiti səbəbindən təxirə salınıb.

Nazirlikdə  yarmarkanın açılışının yeni tarixi açıqlanmayıb.

Bu gün səhər Bakıda hava bir qədər yağmurlu olub.

 

Вся лента