VTB (Azərbaycan) plastik kart sahibləri üçün Pin Set xidmətini təklif edir

05.10.2018,16:34


5 oktyabr, Fineko/abc.az. VTB (Azərbaycan) müştəriləri kartlarına PİN-kodu özləri təyin edə biləcək. Bank PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib.Kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-terminal vasitəsilə təyin etməlidir.

“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştəriləri maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ınPərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.

Bank müştəriyəseçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir. 

 

 

 

Ключевые слова: VTB