18:31 - 5.10.2018
5 oktyabr, Fineko/abc.az. Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin Ümumdünya Sərgisində namizədliyinə dair “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” mövzusunda simpoziumda iştirak məqsədilə Fransaya səfəri çərçivəsində oktyabrın 5-də YUNESKO-nun Parisdəki Baş qərargahında bu qurumun Baş katibinin təhsil məsələləri üzrə müavini xanım Stefaniya Canini ilə görüşüb.
Nazir görüşdə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, Azərbaycanla YUNESKO arasında dinamik əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi və gələcək perspektivləri müzakirə olunub.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024