Gürcüstan vətəndaşı Azərbaycandan dollarları qeyri-qanuni yolla çıxarmağa cəhd etdi

12:20 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Azərbaycan gömrükçüləri xarici valyutanın ölkənin qeyri-qauni yolla aparılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Gürcüstan vətəndaşı idarə etdiyi "DAF" markalı avtomobildə 16,085 dollar çıxarmağa cəhd göstərmişdir.

“Bəyannamədə yalnız 1000 dollar göstərən qanun pozucusu pulları yük maşınının kabinəsində quraşdırılmış radio-maqnitofonda keçirməyə cəhd etmişdir”, - deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Вся лента