İlin sonunadək Azərbaycan Cənub Qaz Dəhlizi üçün 1,5 milyard dollar həcmində kreditin cəlb edilməsi prosesini başa çatdırmağı planlaşdırır

12:00 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci ilin sonuna qədər Cənub Qaz Dəhlizinin yaradılması layihəsini həyata keçirmək üçün kreditin cəlb edilməsi prosesini başa çatdırmaq niyyətindədir.

ARDNŞ-nin İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib ki, Almaniyanın “Hermes” agentliyindən 1,5 milyard dollar məbləğində kredit cəlb olunacaq.

“Bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşıb və razılıq əldə edilib”, - deyə V. Bəylərbəyov bildirib.

 

Вся лента