Rüfət Aslanlının gedişi ilə Azərbaycanda valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti bərpa olunur

15:09 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. Bakıda valyuta mübadiləsi məntəqələrinin (exchange) fəaliyyəti bərpa olunur.

Deputat, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, bu cür məntəqələrinin azaldılması problemə çevrilib və bu barədə dəfələrlə narazılıqlar irəli sürülüb.

“Bu yaxınlarda mən bu mövzuda Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə danışdım və məlumat aldım ki, yaxın günlərdə belə məntəqələr insanların sıx olduğu yerlərdə, böyük alış-veriş mərkəzlərində, dəmir yolu vağzalında, avtovağzallarda, hava limanında və s. yerlərdə fəaliyyətə başlayacaq”, - deputat belə deyib.

Yaxın  günlərdə deputat Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin keçmiş sədrini fəaliyyətsizlikdə  və özünə yüksək əmək haqqı (65 min manat) yazdığında, lakin öhdəliklərini yerinə yetirmədiyindən günahlandırmışdır.

2016-cı ilin yanvar ayından etibarən Azərbaycanda valyuta mübadiləsi məntəqələri yalnız banklarda və poçt şöbələrində fəaliyyət göstərirdi. Bu qərar, valyutanın qeyri-qanuni satışı ilə yanaşı ikiqat devalvasiya fonunda süni bahalaşdırma ilə mübarizə ilə əsaslanmışdır.

 

Вся лента