İlham Əliyev: Azərbaycan iqtisadiyyatının artması Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir

09:58 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Dövlət başçısının sözlərinə görə, bu ilin 9 ayı üzrə göstəricilər arzuolunan nəticələrə nail olduğumuzu söyləmək üçün əsas verir.

“Bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”, - deyə İ.Əliyev bildirib.

Onun sözlərinə əsasən, inflyasiya yalnız 2,6%, əhalinin gəlirlərinin artımı isə 9,5% təşkil edir. Bu ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatına 9 milyard dollar həcmində sərmayələr qoyulmuşdur ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Xarici valyuta ehtiyatları 45 milyard dollara çatmışdır, ilin əvvəlindən isə əlavə 3 milyard dollar toplanıb.

“Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır”, - deyə prezident əlavə edib.

 

Вся лента