Bakı-Gəncə qatarının sürəti 160 km/saata qədər artırılacaq

11:32 - 12.10.2018


12 oktyabr, Fineko/abc.az. Bakı-Gəncə sürət qatarı üçün lokomotivlər artıq Bakıya gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib ki, ilin sonunadək Bakı-Gəncə sürət qatarlarının hərəkəti təmin olunacaq.

“Bu marşrut üçün xüsusi ikimərtəbəli vaqonlar artıq Bakıya gətirilib. Burada həm standart, həm də VIP kupelər olacaq. Vaqonlar Wi-Fi ilə təchiz olunacaq, hər kupedə sanitariya qovşağı və soyuducu olacaq”, - deyə C. Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakı-Gəncə qatarının sürəti 150 km/saata qədər artırılacaq. Qatarın  300 km/saata qədər sürətə malik olması nəzərə alınaraq, artıq 150 km/saat sürətlə sınaqlar aparılmışdır. Bütün təhlükəsizlik tədbirlərini təmin etdikdən sonra sürət 160 km/saata qədər artırılacaq.

 

 

Вся лента