AZINNEX Konsorsiumu Azərbaycan innovasiyasının Mərakeş Krallığında tətbiqi imkanlarını müzakirə etdi

15:44 - 13.11.2017


9-10 noyabr 2017-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət”in Mərakeş Krallığının paytaxtı Rabat şəhərinə rəsmi səfəri baş tutdu. Azərbaycandan rəsmi nümayəndələri AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvləri – “BESTCOMP” şirkətinin rəhbəri Rauf Həsənov və “BEST Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe müşayiət edirdi.

Səfər çərçivəsində inzibati islahat və dövlət xidmətlərindən məsul olan hökumət başçısı yanında nazir nümayəndəsi, eləcə də hökumət başçısı yanında ümumi işlər və dövlət idarəçiliyi üzrə nazir nümayəndəsi ilə ikitərəfli görüşlər keçirildi.

Görüşlərdə Azərbaycanın innovativ brendlərindən sayılan “ASAN Xidmət” və ABAD layihəsindən əlavə Azərbaycanın innovativ şirkətlərinin nailiyyətləri təqdim edilmiş və “Asan İmza” mobil elektron imza, Rəqəmsal Ticarət Qovşağı, Azexport.az kimi texnologiyaların tətbiqi imkanları, məhkəmə sistemi üçün innovativ platformalar və bir sıra digər texnologiyalar müzakirə edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan texnologiyaları artıq dünyanın bir sıra ölkələrində özlərini sübut etmiş və Azərbaycanla Mərakeş Krallığı arasında davamlı ticarət və iqtisadi əlaqələrin qurulması və inkişafında əlaqələndirici ola bilər.

Bu səfər çərçivəsində ISESCO ilə “ASAN Xidmət” arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da baş tutmuşdur. Memorandumu Təşkilat adından cənab Əbdüləziz bin Osman əl-Tüveycri və Agentliyin prezidenti İnam Kərimov imzalamışdır.

Memorandumun məqsədi Təşkilata üzv ölkələrdə Azərbaycanın dövlət xidmətlərinin inkişafına verdiyi töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının mükafatına layiq görülən və dünyaca tanınan "ASAN xidmət" modeli əsasında dövlət xidmətlərinin təqdim edilməsi layihəsinin işlənib hazırlanmasıdır. Həmçinin Memorandum yaxın illərdə ISESCO-ya bütün üzv-dövlətlərdə bir sıra layihə və proqramların tətbiqi imkanlarını təqdim edir.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür və bu müddət ərzində həmin təşkilatın böyük nailiyyətlər əldə etməsində vacib rol oynamışdır. Öz növbəsində ISESCO-nun fəal mövqeyi İslam mədəniyyəti və təhsilini, İslam dininin sülhsevərliliyini dünya miqyasında təqdim etməyə imkan verir.

Mövcud ikitərəfli əməkdaşlığı dərinləşdirmək qətiyyətini bildirərək, dövlət idarəçiliyinin aparıcı sahələrindən biri kimi dövlət xidmətlərinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlərdə aparılan vacib dövlət islahatları kimi “ASAN Xidmət” nümunəsində təqdim edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

ISESCO ilə imzalanan memorandum siyasi, iqtisadi, sosial və digər sahələr daxil olmaqla bütün sahələrdə davamlı inkişafa nail olmaqda əlverişli şəraitin yaradılması üçün hər bir vətəndaşa istiqamətlənmiş şəffaf, effektli dövlət xidmətlərinin təqdim edilməsinin vacibliyini vurğulayır.

Memorandumun imzalandığı tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət”in təşəbbüsü ilə bu günlərdə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) konsorsiumu da daxil olmaqla Azərbaycanın digər təşəbbüsləri də təqdim edilmişdir. ISESCO-da strateji əməkdaşlığın və ISESCO-ya üzv-ölkələrin və Afrika bazarlarına daxil olmağın gələcək perspektivlərinin müzakirəsi zamanı qeyd edilmişdir ki, məhz Konsorsium bir sıra ölkələrdə artıq istifadə olunan texnologiyalar da daxil olmaqla dövlət elektron xidmətlərin inkişafı üçün bu gün innovativ həlləri təqdim edən Azərbaycan şirkətlərinin xaricdə maraqlarını təmsil edəcəkdir.

Məsələn, ISESCO üçün xüsusi olaraq işlənib hazırlanan elektron identitet - ISESCO ID əsasında fəaliyyət göstərən və dünya üzrə 52 üzv-dövləti birləşdirən bütün sistem üzrə identifikasiyanın yeganə aləti hesab edilən ISESCO BESTDOC PORTAL platforması belə innovasiyaların reallaşdırılmasından biri oldu. Bu həll mobil və elektron identitet və imza hesab edilən “Asan İmza” Azərbaycan texnologiyasına əsaslanır.  B.EST Solutions Azərbaycan şirkətinin operatoru olduğu “Asan İmza” mobil elektron imza xidməti “Made in Azerbaijan” brendi altında fəaliyyət göstərir. Artıq bu gün sənəd dövriyyəsi prosesini sadələşdirmək və təkmilləşdirməyi qarşısına məqsəd qoyan ISESCO BESTDOC PORTAL ISESCO-ya üzv-dövlətlərə vahid elektron məkan çərçivəsində qarşılıqlı əlaqə yaratmaq imkanı verir.

Eləcə də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində transsərhəd elektron xidmətlərin inkişafı üçün ISESCO BESTDOC PORTAL platformasının inkişaf imkanları müzakirə edilmişdir.

Müzakirələrdən biri AZINNEX Konsorsiumu ilə ISESCO arasında birgə əməkdaşlığın inkişafına həsr olunmuşdur. Müzakirələr zamanı tərəflər bu regionda təhsil, səhiyyə, turizm, maliyyə, dövlət idarəçiliyi, naviqasiya və informasiya təhlükəsizliyi sahəsində Azərbaycanın innovasiyalarının gələcək tətbiqi üçün strateji əməkdaşlığın perspektivlərini müzakirə etmişdilər.

Bu mövzuda məruzə edən Konsorsiumun Mobile-ID layihəsinin rəhbəri və “B.EST Solutions” Azərbaycan şirkətinin başçısı xanım Yana Krimpe öz çıxışında Azərbaycan ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) arasında uzunmüddətli dostluq əlaqələrini xüsusilə qeyd etmişdir: “11 il bundan öncə Azərbaycan Respublikasının vitse-prezidenti – Mehriban xanım Əliyeva ISESCO-nun xoşməramlı səfiri oldu. Bu günə qədər İslam dünyasının yalnız üç görkəmli dövlət və ictimai xadimi xoşməramlı səfir adına layiq görülmüşdür. Mehriban xanım Əliyeva təhsilin, mədəniyyətin inkişafına, xüsusi diqqət və qayğıya ehtiyacı olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətlənən proqramların reallaşdırılmasına xüsusi diqqət yetirir. Bu illər ərzində Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan ilə ISESCO arasında səmərəli əlaqələrin inkişafı istiqamətində çoxlu işlər görülmüşdür. Mən eyni zamanda bu münasibətlərin inkişafına verdiyi töhfəyə və istər təşkilat daxilində, istərsə də onun hüdudlarında Azərbaycanın innovativ texnologiyalarının tətbiqinə göstərdiyi dəstəyə görə ISESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tüveycriyə xüsusi minnətdarlığımı bildirmək istərdim”.

 

Вся лента