Bank VTB (Azərbaycan) təmassız kartların buraxilişina başlayıb

12:21 - 16.10.2018


16 oktyabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan) plastik kart istifadəçiləri üçün təmassız ödəniş texnologiyasını tətbiq edir.

Nağdsız əməliyyatı  həyata keçirmək üçün təmassız ödəniş texnologiyasını dəstəkləyən terminala kartı yaxınlaşdırmaq kifayətdir. VTB (Azərbaycan) kartlarının bu funksionalı tranzaksiyanı qısa müddət ərzində həyata keçirməyə imkan verir və 20 manat məbləğinədək olan əməliyyatlar zamanı PİN-kod daxil etmək tələb edilmir.

Təmassız ödəniş texnologiyası müştərilərin rahatlığını təmin etmək üçün tətbiq olunub. Kartın sahibi əməliyyatı sərbəst şəkildə bir toxunuşla həyata keçirir. Əməliyyat zamanı müştəri kartı kənar şəxslərə təqdim etmir, bu da  ödənişin təhlükəsizliyini təmin etməyə imkan verir.

Bank VTB (Azərbaycan)-ın kartlarını vtb.az  saytı və ya +99455 2140986 nömrəli WhatsApp vasitəsilə sifariş etmək olar.

 

Вся лента