Azərbaycanda yanacaq istehsalı artıb

15:57 - 16.10.2018


16 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə yanacaq istehsalının artırılmasını bildirir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, üç rübdə Azərbaycanda 1,517 milyon ton dizel yanacağı istehsal edilib.

“Həmçinin hesabat dövründə 906,3 min ton avtomobil benzini, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 61,2 min ton mazut, 108,5 min ton sürtkü yağı, 219, 2 ton neft bitumu və 195,9 ton koks istehsal olunub”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, neft sektorunda istehsalın ümumi dəyəri 2,408 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 9,5% çoxdur.

 

Вся лента