Maliyyə Nazirliyi 40 milyon manat həcmində DOİ yerləşdirdi

12:36 - 17.10.2018


17 oktyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, oktyabrın 16-da  AZ0104011686 nömrəli, 40 milyon manat həcmində və tədavül müddəti 364 gün olan DOİ buraxılışı yerləşdirilib. 

15 investordan  82 433,8 min manat məbləğində 26 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 89,3119 AZN-dən (gəlirlik 12,033%)  93,5785 AZN-ə (6,8999%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 92,8869 AZN (gəlirlik 7,6999%), orta ölçülmüş qiymət isə  93,3607 AZN (7,1506%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 40 milyon manatlıq DOİ yerləşdirilib.

DOİ-nin ödəmə tarixi: 6 oktyabr 2020-ci il.

 

Вся лента