AQTA əməkdaşları Malayziya Respublikasında beynəlxalq təlimdə iştirak edib

16:12 - 18.10.2018


18 oktyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Malayziya Respublikasında keçirilmiş “Qida, Kosmetik və Səhiyyə məhsulları istehsalında islami qaydalar və keyfiyyətli istehsal təcrübəsi (GMP)” təlimində iştirak edib.

Təlimlərdə Malayziya hökümətinin təcrübəsi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib, “Qida, kosmetik və səhiyyə sənayesində keyfiyyətli istehsal təcrübəsi tələbləri, qanuni öhdəliklər”, “İstehsal müəssisələrinə qoyulan tələblər və onların şərhi”, “Halal sertifikatlaşdırılma və prinsipləri”, “Halal sertifikatlaşdırılmanın əsasları və akkreditasiya olunmuş yoxlayıcı orqanlar”, “Auditlərin aparılma qaydası”, “Xarici tərəfdaşlıq çərçivəsində İslami İnkişaf Departamentinin (JAKİM) akkreditasiya və sertifikatlaşdırma prosedurları” kimi mövzular müzakirə edilib. Tədbirin sonunda iştirakçılar qeyd olunan məsələlərlə bağlı öz ölkələrində olan hazırki vəziyyətlə bağlı təqdimatlar nümayiş etdirilib.

Qeyd edək ki, təlimdə 10 ölkədən nümayəndə heyəti iştirak edib və proqram Malayziya Texniki Əməkdaşlıq Korporasiyasının və Malayziya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə hayata keçirilib.

 

Вся лента