Bakıda Çay Festivalı, Moskvada isə “Azərbaycanın payız hədiyyələri” Festivalı – istirahət günlərinin ən maraqlı tədbirləridir

09:57 - 19.10.2018


19 oktyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi irəlidəki payız həftə sonu üçün ən maraqlı səyahət istiqamətlərini təqdim edib.

Agentliyin verdiyi məlumata görə, reytinq hadisələrin və festivalların populyarlığı və unikallığının təhlili əsasında tərtib olunub.

Moskva, Bakı, Arxangelsk, Lipetsk vilayəti və Krasnodar diyarında turistlər üçün ən maraqlı həftə sonu tədbirləri keçiriləcək.

Önümüzdəki həftə sonu, 20-21 oktyabr tarixlərində şəhər sakinləri və turistlər üçün maraqlı olacaq 5 ən yaxşı tədbirlərə Moskvada “Azərbaycanın payız hədiyyələri”, Bakıda Beynəlxalq Çay Festivalı, Arxangelskdə Beynəlxalq Caz Günləri festivalı, Lipetsk vilayətində “Bunin kəndi” ədəbiyyat festivalı və Krasnodar diyarının Moldavanskoye kəndində keçiriləcək “Oktoberfest” qastronomik festivalı daxildir.

II Beynəlxalq Çay Festivalı oktyabrın 20-də Bakıda "Sheraton Baku Airport" otelində keçiriləcək. Bakıda keçiriləcək çay festivalı Azərbaycanın Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzi tərəfindən təşkil olunub. 20 oktyabr tarixində keçiriləcək festivalda Beynəlxalq Aşbazlar Günü (International Chefs Day) çərçivəsində Azərbaycan, Rusiya, Yaponiya, Türkiyə, Çin, Hindistan, Özbəkistan və digər ölkələrin çay ənənələri təqdim ediləcək.

 

Вся лента