Azərbaycan nefti ucuzlaşıb

19.10.2018,10:26


19 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,34 dollar (0,42%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,51 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  1,1 dollar (1,6%) enərək bir barelə 68,65 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti  0,76 dollar (0,95%) enərək bir barelə 79,29 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,64 dollar təşkil edir.