Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu “Pozitiv” dərəcəsinədək yüksəltdi

11:16 - 22.10.2018


22 oktyabr, Fineko/abc.az.  Moody's Beynəlxalq reytinq agentliyi, “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək «Pozitiv” dərəcəsinə qaldrıdı, eləcə dəyerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqlədi.

Agentliyin analitikləri reytinq üzrə proqnozun yüksəlməsini bankın ödəmə qabiliyyətinin, xüsusilə kapitalın adekvatlığı üzrə göstəricilərinin yaxşılaşması ilə əlaqələndirir. Bunun səbəbi gəlirlərin artması, cari ildə yerli səhmdar və ardınca xarici səhmdar olan Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) tərəfindən kapitalın artırılmasıdır.

Bundan əlavə, reytinq agentliyi yeni bank kreditlərinin daha keyfiyyətli olması, iqtisadi artımın bərpası, inflyasiyanın yavaşlaması və yerli valyutanın sabitliyini əsas götürərək, 2019-cu ildə “Bank Respublika”nın aktivlərinin keyfiyyəti və rentabelliyinin yaxşılaşmasını gözləyir.

"Moody's tərəfindən "Sabit" reytinq proqnozunun adlayıb “Neqativdən”-dən birbaşa “Pozitiv” ə yüksəltməsi Bankın seçdiyi inkişaf strategiyasının uğurla həyata keçiriildiyini təsdiqləyir"- deyə Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirdi. “Bank Respublika fəaliyyətinin bütün sahələrində əhəmiyyətli irəliləyiş əldə edib. Bu səbəbdən, ötən il ərzində əldə edilmiş nəticələri obyektiv şəkildə qiymətləndirsək, biz əminliklə deyə bilərik ki, yaxın gələcəkdə siz bankın yeni uğurlarına şahid ola biləcəksiniz.

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

 

 

Вся лента