Cavid Qurbanov: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçıları tarifləri razılaşdırırlar

16:45 - 22.10.2018


22 oktyabr, Fineko/abc.az. Rusiya və Qazaxıstan şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsində iştirak etməkdə maraqlıdırlar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” üzrə yük daşımalarının həcmi ildə 30 milyon ton təşkil edir.

“Bunlardan 10 milyon ton daxili yük daşımaları, 20 milyon ton isə Rusiyadan gələn yük daşımaları təşkil edib. Yük daşımalarının artması yalnız bizdən asılı deyil. Xəzər Dəniz Gəmiçiliyi  də genişlənməlidir. Bu gün onun yük dövriyyəsi ildə 5-7 milyon ton təşkil edir. Lakin  Gəmiçilik yeni gəmilər tikir və çox ehtimal ki, yük daşımalarının həcmini artıracaq”, - deyə C.Qurbanov bildirib.

Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə nəqletmə tarifləri tezliklə açıqlanacaq.

 

Вся лента