“Təhsil avtobusu” layihəsi üzrə mükafatlandırılma mərasimi

11:36 - 23.10.2018


 23 oktyabr, Fineko/abc.az.   Goldenpay şirkəti hər zaman gənclərin təhsili və şəxsi inkişafı ilə bağlı sosial yönümlü tədbirlərdə yaxından iştirak etməyə səy göstərmiş və həmin tədbir, layihələrə öz dəstəyini əsirgəməmişdir. Şirkət olaraq iştirak etməkdə əsas məqsəd gələcək nəsillərin daha yaxşı inkişaf etməsinə və ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına səmərəli təsir edə bilmələrinə zəmin yaratmaqdır. Təhsilə dəstək olmaq və gəncləri savadlı, intellektual, yenilikçi bir fərd olaraq formalaşmağa sövq etmək layihədə nəzərdə tutulan əsas prinsiplərindəndir.

XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Goldenpay şirkəti də “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə verdiyi dəstəyə görə Təşəkkürnamə ilə təltif olundu.

Məlumat üçün bildirək  ki,“Təhsil avtobusu–2018” yay məktəbi layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı”, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Bu il iyulun 17-dən başlanan layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird layihəyə cəlb edilib. Onların sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub.

Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


Вся лента