Muğanbank müştərilərinə daha bir yeni xidmət təqdim etdi.

16:44 - 23.10.2018


23 oktyabr, Fineko/abc.az.  Muğanbank müştərilərinə daha bir yeni xidmət təqdim etdi. Muğanbankın məhsulu olan “Monex” təcili pul köçürmə sistemi “Mobil bankinq”  proqramına əlavə olundu. Qeyd olunan proqram vasitəsilə, vaxt itirmədən, günün 24 saatı pul köçürmələrini həyata keçirmək mümkündür.

Muğanbanka məxsus olan bütün növ plastik kartların sahibləri ölkədaxili təcili pul köçürmələrini rahat şəkildə həyata keçirə bilərlər.

Xidmətdən istifadə qaydası çox sadədir. Muğanbanka məxsus olan plastik kartların sahibləri “Mobil bankinq” proqramında “Cash by Code” menyusuna daxil olub, “Monex” bölməsini seçib, ölkədaxili təcili pul köçürmələrini həyata keçirə bilərlər. Göndərilən vəsait ölkədaxili 550-dən artıq “Monex” məntəqələrindən qəbul edilə bilər.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hlfacebook səhifəsinə keçid ala bilərsiniz.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

Вся лента