Azərbaycan neftinin qiyməti düşdü

09:52 - 24.10.2018


24 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,08 dollar (2,58%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,46 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 2,74 dollar (3,96%) enərək bir barelə 66,43 dollar təşkil etmişdir.

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 3,39 dollar (4,25%) düşərək bir barelə 76,44 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,01 dollar təşkil edir.

 

Вся лента